Qanları ilə tarix yazan qəhrəmanlarımız- Şəhid mayor Taleh Kərimov

1440

Sosialmedia.az // Azərbaycanın zəfəri ilə başa çatmış o, qırx dörd gün! Bütün dünya o gündən yazır və danışır. Azərbaycan ordusunun qəhrəmanlığı bir dastana çevrilib. O, qəhramanlar ki, qanları ilə Azərbaycanın tarixini qızıl həriflərlə yenidən yazdı. Hər bir vətəndaş kimi bizim də borcumuzdur ki, o qəhrəmanları unutmayaq və unudulmağa qoymayaq. Onlar haqqında yazaq və oxucularımıza tanıtdıraq. Gələcək nəsilin vətənpərvər ruhda yetişməsinə töhvəmizi verək.

Bu gün haqqında yazacağım qəhrəman Sumqayıt şəhərində anadan olan mayor Kərimov Taleh Adil oğludur. O, 6 mart 1985-ci ildə Sumqayıt şəhərində anadan olub və 1992-1995-ci illərdə Sumqayıt şəhərinin Corat qəsəbəsində 7 nömrəli tam orta məкtəbdə, 1995-2003-cü illərdə isə Məhəmməd Füzuli adına Tibb, Humanitar və Texniкi Təmayüllü “İstedad” Liseyində təhsil alıb. Ali təhsilini isə 2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) “Kəşfiyyatçı” ixtisası üzrə alıb.

2007-ci ilin iyun ayından 2008-ci ilin iyun ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərкəzində “Zabit” ixtisası üzrə təlimlərdə olan Taleh Kərimov, 2008-ci ilin iyun ayından 2010-cu ilin mart ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Motoatıcı Taborun Qərargah rəisinin Kəşfiyyat üzrə müavini və Kəşfiyyat Taqım Komandiri vəzifəsində xidmət edib.

Taleh Kərimov 2010-cu ilin mart ayından 2014-cü ilin yanvar ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Motoatıcı Taborun Qərargah rəisinin Kəşfiyyat üzrə müavini və Kəşfiyyat Taqım Komandiri vəzifəsində, 2014-cü ilin yanvar ayından 2016-cı ilin yanvar ayına qədər isə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin Kəşfiyyat bölməsinin və Kəşfiyyat rəisinin məlumatların toplanması üzrə rəisi vəzifəsində xidmət edib.

2016-cı ilin yanvar ayından 2016-ci ilin iyun ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Kəşfiyyat rəisi və Kəşfiyyat bölməsinin rəisi vəzifəsində xidmət edən Taleh Kərimov, 2016-cı ilin iyun ayından 2016-cı ilin noyabr ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsi Kəşfiyyat rəisi və Kəşfiyyat bölməsinin rəisi, 2016-cı ilin noyabr ayından 2018-ci ilin mart ayına qədər isə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda Kəşfiyyat şöbəsinin rəisinin məlumatların toplanması və təhlili üzrə müavini vəzifəsində xidmət edib.

Taleh Kərimov 2018-ci ilin mart ayından 2019-cu ilin noyabr ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsin Kəşfiyyat rəisi və Kəşfiyyat bölməsinin rəisi vəzifəsində xidmət edib. Taleh Kərimov 2019-cu ilin noyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin Qoşun Kəşfiyyatı İdarəsinin Planlaşdırma və Əlaqələndirmə şöbəsində xidmət edirdi.

Azərbaycan Ordusunun mayoru olan Taleh Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Taleh Kərimov oktyabrın 30-da Qubadlı döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Kərimov ölümündən sonra “Qarabağ” ordeni ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Kərimov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Kərimov ölümündən sonra “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!

müəllif : Səbinə Kərimova