Türk ölkələri ilə münasibətləri belə quracağıq – Japarov

270

İki ölkə arasındakı münasibətlərdə yeni bir dövrün astanasındayıq. Ortaq minillik tariximiz var. Buna görə də Türkiyə və digər türk dövlətləri ilə münasibətlərimizi qardaşcasına qurmağa çalışacağıq.

Sosialmedia.az xəbər verir ki, bu açıqlama ilə Qırğızıstan Prezidenti Sadır Japarov çıxış edib.

“İnanıram ki, Qırğızıstan ilə Türkiyə arasındakı münasibətlər bundan sonra yeni səviyyəyə yüksələcək. Bu münasibətləri təkrar canlandıracağıq”, – Japarov qeyd edib.