Bakının bəzi küçə və prospektlərində tıxac yaranıb.
Sosialmedia.az Oxu.Az-a istinadən məlumatına görə, paytaxtın Tbilisi prospektində və xüsusilə “20 Yanvar” dairəsinin yaxınlığında nəqliyyatın hərəkətində ciddi sıxlıq müşahidə edilir.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Oxu.Az-a verilən məlumata görə, eyni zamanda Heydər Əliyev prospekti, şəhər mərkəzi, Qara Qarayev prospekti “Koroğlu” metrostansiyası istiqamətlərində də sıxlıq müşahidə olunur.
Sıxlıq avtobusların intervalında gecikmələrə səbəb olub.