İstedadlı Əlillər İctimai Birliyi yeni sədrini seçdi

500

“İstedadlı Əlilər”İctimai Birliyinin yeni sədri seçilib. Bu barədə Sosialmedia.az –a Birliyin yeni sədri Qubad Qasımov məlumat verib. Onun sözlərinə görə 27 may 2021-ci ildə təşkilat da ümumi yığıncaq keçirilərək yeni sədr seçilib.

“İstedadlı Əlillər”İctimai Birliyinin 27 may 2021-ci il tarixli ümumi yığıncağın qərarı ilə Qubad Qasımov Imamqulu oğlu (Birliyin sədri),
Sivetlana Qasımova Birliyin müavini secilərək, onlara Birliyi təmsil etmək səlahiyyəti verilmişdir,rəsmi qayda da bütün işlər yekunlaşıb.
Təşkilat öz öhdəsinə götürdüyü bütün işləri layiqincə yerinə yetirəcək və əliliyi olan istedadlı insanların tanınmasın da,cəmiyyətə inteqrasiyasına dəstək olacaq deyə Qubad Qasımov bildirib.

Biz də Sosialmedia.az saytı olaraq Qubad Qasımovu sədr seçilməsi münasibəti ilə təbrik edirik.
Dövlətimizə və Xalqımıza xeyirli uğurlu olsun.

Qeyd edək ki, yeni sədrin seçilməsi qərarı Birliyin təsicisi və kecmiş sədri Cavad Qasimovun vaxtsız dünyasını dəyişməsi səbəbindən yaranmışdır.

Cavad Qasımova Allah rəhmət eləsin!