”Nizami Gəncəvi ili” münasibətilə keçirilən şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb

2949

Ağstafa Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin birgə təşkilatçılığı ilə Qazax, Ağstafa va Tovuz rayonlarında yaşayıb yaradan şairlər arasında “Nizami Gəncəvi ili” münasibəti ilə keçirilən şeir müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Ağstafa rayon Yazıçılar Evində baş tutan tədbirdə çıxış edən

SosialMedia.az xəbər verir ki,bu barədə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli, AYB-nin Qazax Bölməsinin sədri Barat Vüsal və başqaları ölkəmizdə yaradıcı insanlara dövlət dəstəyi və qayğısından, onların daim diqqət mərkəzində saxlanılmasından geniş danışıblar. Bildirilib ki, Ağstafa Regional Mədəniyyət İdarəsinin təklifi və təşəbbüsü ilə keçirilən müsabiqənin qaliblərinin məhz cənab Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə inşa olunmuş  bu mötəbər binada keçirilməsi də şairlərə verilən qiymətin bariz nümunəsidir.

Qeyd etmək lazımdır ki, 2021-ci il iyunun 1 dən 30-dək keçirilən müsabiqədə 58 nəfər, hər biri 3 şeir nümunəsi ilə iştirak etmişdir.

Tədbirdə 3 əsas, 3 həvəsləndirici yer olmaqla müsabiqənin qalibləri mükafatlandırılıb, onlara diplom və qiymətli hədiyyələr təqdim olunub.

Sonda xatirə şəkilləri çəkdirilib.


Müsabiqənin qalibləri aşağıdaki kimidir:

3 əsas yerin qalibləri:

1-ci yer – İsa Cavadoğlu (Tovuz)

2-ci yer – Səhlədar Hidayətoğlu (Qazax)

3-cü yer – Rüfət Axundlu (Ağstafa)


3 həvəsləndirici mükafat:

1. Nuranə Təbriz (Qazax)

2. Şirin Namazov (Ağstafa)

3. Məhəmməd Mehdi (Tovuz)