Kəlbəcərdə şəhid olan gizirimiz dəfn olundu – Foto

269

Ötən gün Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu sahəsindəki mövqelərimizi atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçumuz, gizir Fərman Telman oğlu Yaqublunun nəşi ailəsinə təhvil verilib.

Sosialmedia.az Report-a istinadən xəbər verir ki, vida mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin şəxsi heyət üzvləri ilə yanaşı, şəhidin yaxınları, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Şəhidlə vida mərasimi başa çatdıqdan sonra şəhidin nəşi dəfn olunmaq üçün son mənzilə yola salınacaq.

***

Ötən gün Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu sahəsindəki mövqelərimizi atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçumuz, gizir Yaqublu Fərman Telman oğlu Beyləqan rayonunda dəfn olunub.

Dəfn mərasimində mərhumun ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dəfndən öncə şəhidin ruhuna hörmət olaraq fəxri qarovul düzülüb və yaylım atəşi açılıb.

Şəhid Beyləqan rayonu Qəhrəmanlı qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, F.Yaqublu 1993-cü ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub. Vətən müharibəsində iştirak etmiş Fərman Yaqublu göstərdiyi qəhrəmanlıqlara görə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu.

Şəhid Yaqublu Fərman subay idi və ailənin tək oğul övladı olub, 2 bacısı var.

Xatırladaq ki, F.Yaqublunun atası da 1994-cü ildə, Birinci Qarabağ müharibəsində şəhid olub.