Yeni dövrün tələbi: Rəqəmsal jurnalistika və İKT bacarıqları

1968

Bu gün İKT günümüzün əsas tələblərindən biridir. Dövrün tələbləri ilə ayaqlaşmaq üçün rəqamsal biliklərə sahib olmaq vacibdir. XXI əsr-texnologiya əsrinin bizdən tələbləri də məhz budur. Belə bir imkanın bizə verilməsi, xüsusilə də rəqamsal jurnalistikanın öyrədilməsi ilə bağlı yeni layihələrin işlənib hazırlanması, o cümlədən bunun öyrədilməsi ilə bağlı ASAN Xidmətin təşəbbüsü diqqətimi çəkdi. Bu layihələrə qoşularaq yeni təşəbbüslərin öyrənməyə qərar verdim.

Qeydiyyatdan keçdikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “Paşa Holdinq”in sponsorluğu ilə “Rəqəmsal Jurnalistikaya doğru” proqramı əsasında dörd günlük maraqlı təlimdə iştirak etdim. Təlimdə “Ənənəvi mediadan rəqəmsal mediaya”, “Medianın əsasları”, “Sosial medianın jurnalistikada istifadəsi”, “Blogerliyin əsasları”, “Qlobal rəqəmsallaşmada Azərbaycan”, “myGov” elektron hökumət portalı”, “e-gov.az” portalı”, “ASAN Login” Vahid Giriş Sistemi, “ASAN Finans”, “ASAN ödəniş”, “ASAN Viza”, “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”, “Startaplar”, “Süni İntellekt” barədə geniş məlumatlar aldım. Biliklərimi bölüşmək istərdim.

Media nədir? – Bir çox jurnalistə verilən sualın cavabı çox fərqli idi. Maarifləndirmə, məlumatlandırmaq və əyləndirmək.
Media- ictimai agent
Mediyanın məqsədi- operativ, hərtərəfli, qərəssiz məlumat çatdırmaq.
Xəbər bizə nəyi verir? Vətəndaşlara qərarları qəbul etmək də kömək etmək, dəqiq, qərəsiz, hərtərəfli məlumat almaq.
Rəqəmsal jurnalistika nədir? – İnternet istifadəsi ilə istehsal edilib yayılan məzmunu nəzərdə tutur.

Absoutist etika- Hər yerdə baş verənləri ictimayətə yaymaq.
Situativ etika- vəziyyətdən aslı olaraq məlumatı ğtürmək. İctimai maraqa xidmət edən məlumatı paylamaqdır.

Startap- miqyaslana biləcək bir biznes modeli öncə axtarmaq, daha sonra inkişaf etdirmək və təsdiqləmək üçün yaranan şirkət və ya bir layihədir . Startapların əməliyyat tarixi qısa olur və onlar qısa müddət ərzində ya uğurlu şirkətlərə çevrilir yaxud uğursuzluqla üzləşib müflis olurlar. Startap və sahibkarlıq anlayışları oxşardır. Lakin startap yalnız təsisçidən ibarət yox, kənar ərazilərdə inkişaf etmək niyyətində olan, işçiləri olan və sürətlə böyümək məqsədi daşıyan yeni müəssisə növüdür. Online maqazinlər buna aiddir.

EKTİS nədir?
Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) yaradılması aqrar xidmətlərin elektronlaşdırılması istiqamətində atılan mühüm addımlardan biridir.
Əsas fəaliyyət prinsipləri :
Fermerlərlə yaxınlığın təmin olunması;
Şəffaf və səmərəli idarəetmənin təşkili;
İnnovasiyaıarın tətbiqi;

EKTİS yeni pilot layihəyə start verib. Belə ki, İyun ayından qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş Kəlbəcər rayonunun yaylaqlarına köçürülməsi prosesinə başlanılıb.

“MYGOV” – qabaqlayıcı hökumət konsepti əsasında vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron xidmətlərin göstərildiyi sistemdir. Vətəndaşlar “myGov” portalı vasitəsi ilə dövlət qurumları tərəfindən verilmiş məlumatlar ilə tanış olacaq, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə biləcək.
Vətəndaşlar “MyGov” platformasında qeydiyyatdan keçərək “şəxsi kabinet”lərinə daxil olmaqla özlərinə aid məlumatları görə bilirlər. Platformaya daxil olmaq üçün vətəndaşın şəxsiyyət vəsiqəsinin 7 rəqəmli “FİN” kodu və ya elektron imzası (elektron imza və ya ASAN imza) kifayət edir.

Portala daxil olduqdan sonra hər bir şəxs xidmətlərə elektron qaydada müraciət edə, elektron arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiqləyə, həmçinin özünə aid məlumatların digər qurumlara ötürülməsi prosesini tənzimləyə bilir.

Sistemin bir neçə üstünlüyü var. Müəssisədə, bankda vətəndaşdan hər hansısa bir sənəd tələb olunarsa, vətəndaş haqqındakı bilgiləri “MyGov”da yerləşən “şəxsi kabinet”indən götürülməsinə icazə verir. Bu da rəqəmsal transformasiya hesab olunur.

Digər üstünlük isə vətəndaşa göndərilən 7 növ bildiriş mesajlarıdır. Hər hansısa bir sənədinin etibarlılıq müddətinin bitməsi ilə bağlı vətəndaşa mesaj gəlir ki, sənədinizin vaxtı bu tarixdə bitir və dəyişmək lazımdır.

Ölkəmizdə yaradılan digər uğurlu layihə “ASAN viza” dır.
“ASAN viza”nı Ölkənin çox önəmli layihələrindən biri adlandırmaq olar.
Layihə yarandığı ilk vaxtlarda üç gün ərzində viza verilirdisə, daha sonra əcnəbi vətəndaşın müraciətindən 3 saat sonra vizanın verilməsi təmin edilməyə başlanıb. 2018-ci ilin may ayından etibarən beynəlxalq hava limanlarındakı terminallar vasitəsilə hətta 2 dəqiqə ərzində vizanın verilməsi təmin olunur.

Statistikalara baxdıqda görünür ki, turizmin inkişafında “ASAN viza”nın keyfiyyətli xidməti böyük rol oynayır.
Çox təəssüf ki, bu yalnız bizim ölkə üçün keçərlidir. Digər ölkələr də viza problemi olduqca daha çətindir.

“ASAN Finans” nədir?
Elektron Hökumət İnformasiya Sistemi üzərindən maliyyə və aidiyyatı digər sahələrdən olan təşkilatların dövlət informasiya ehtiyatlarına çıxışının təmin edilməsi, eləcə də xidmətlərin vətəndaşlar üçün daha da əlçatan və rahat olmasıdır. Bank, bank olmayan kredit təşkilatı, sığorta və hissəli satış sahəsində fəaliyyət göstərən müəssisələrdən xidmət almaq “ASAN Finans”la daha rahatdır. Sistemə inteqrasiya olunmuş bütün müəssisələr tələb olunan məlumatlarınızı kağız sənədlərdə deyil, şəxsi icazəniz əsasında bir klik ilə rəqəmsal qaydada əldə etmək olur. “ASAN Finans” sistemindən istifadə üçün heç bir portalda qeydiyyata ehtiyac yoxdur.
Rəqəmsal Jurnalistikaya Dogru təlimdən öncə düşünürdüm ki, ölkəmizdə rəqəmsallaşma ən azı bundan sonra on il müddətində baş verəcək. Lakin bu təlimdən sonra anladım ki, mənim düşüncəm on il geri qalıb. Bizim ölkəmizdə rəqəmsallaşma sürətlə irəlləyir və demək olar ki, bütün sahələri əhatə edib. Bir də öyrəndim ki, ənənəvi media yerini rəqəmsal mediaya verməkdədir.

müəllif ; Səbinə Kərimova