Tokio-2020: Qılıncoynadanımız da mübarizəni dayandırdı – YENİLƏNİB + FOTO

225

Azərbaycan qılıncoynadanı Anna Başta mübarizəni dayandırıb.

Sosialmedia.az xəbər verir ki, o, 1/8 finalda Rusiya sablyaçısı Olqa Nikitinaya 13:15 hesabı ilə uduzub.

08:08

Azərbaycanın qılıncoynadanı Anna Başta Tokio Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Oxu.Az xəbər verir ki, Rusiya əsilli idmançı 1/16 final mərhələsində ABŞ təmsilçisi An-Elizabet Stounla üz-üzə gəlib.

Rəqibinə 15:9 hesabı ilə qalib gələn Anna Başta 1/8 finala yüksəlib. O, bu raundda həmyerlisi, Rusiya qılıncoynadanı Olqa Nikitina ilə qarşılaşacaq.