Sumqayıtda zibil problemi: Qurumların yoxsa vətəndaşların səhlənkarlığı? – FOTO

359

Ötən gün Sumqayıt şəhərində məişət tullantılarının yandırıldığı barədə məlumat vermişdik. Bu gün isə şəhərin küçələrində yararsız vəziyyətdə olan zibil qutuları və dolub-daşan məişət tullantıları gündəmdədir.

SosialMedia.az xəbər verir ki, məsələ ilə bağlı paylaşımlar sosial şəbəkədə yayılıb. Belə ki, Sumqayıtda bir çox küçələrdə məişət tullantıları zamanında təmizlənmədiyi üçün qalaqlanır. Bu isə virus mənbəyi deməkdir.

Qeyd edək ki, mövcud vəziyyətin yaranmasına aidiyyəti qurumların laqeyd münasibəti ilə yanaşı ərazidə yaşayan vətəndaşların da məsuliyyətsizliyinə zəmin yaradır. Təəssüf ki, əksər hallarda məişət tullantıları müvafiq qaydada çeşidlənmiş zibil qutularına deyil, ətrafa atılır