“Azərenerji”nin mühəndisi faciəvi şəkildə öldü

389

Avqustun 12-si saat 13:00 radələrində Sumqayıt şəhər sakini Qəmərəddin Məmmədovun işlədiyi yerdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, Qəmərəddin Məmmədov mühəndis vəzifəsində işlədiyi Azərenerji ASC-nin Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin həyətində yerdəyişmə işləri görülərkən paylayıcı qutunun üzərinə düşməsi nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə istintaq hərəkətləri davam etdirilir