General: Türkiyə bunu etməsə, orda qala bilməz!

350

Türkiyə Talibanla danışıqlar aparmalıdır, danışıqlar olmazsa, orada qala bilməz.

Sosialmedia.az xəbər verir ki, bu sözləri təqaüddə olan türkiyəli general İsmayıl Hakkı Pekin deyib.

“Türk əsgəri regionda mövcudluğunu davam etdirməlidir. Türkiyənin Pakistanla birgə sabitliyin bərqərar olması üçün çalışdığı deyilir. Pakistan baş naziri “Türkiyə Talibanla görüşmək üçün lazımi tədbirlər görür” açıqlaması ilə çıxış etdi. Böyük ehtimalla, danışıqlar aparılır. Onsuz da Taliban ilə danışıqlar aparmasaq, türk əsgərinin orada qalması mümkün deyil. Bu bölgə Türkiyə üçün olduqca önəmlidir”, – deyə Hakkı Pekin bildirib.

O, Əfqanıstandakı vəziyyətin sadəcə region ölkələrinə deyil, ABŞ və Avropa ölkələrinə də təsirsiz ötüşməyəcəyini əlavə edib.