Azərbaycanda əhalinin neçə faizi vaksinasiya olunub?

218

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb.

Sosialmedia.az xəbər verir ki, bu barədə Koronavirusinfo.az saytı məlumat yayıb.

Bildirilib ki, vaksinasiya olunan əhalininin sayı artıq 66%-dir.

Yoluxanların ölkə üzrə statsitikasına görə, 54,8% Bakı, 13% Abşeron, 11,7% Aran, 6,9% Gəncə-Qazax, 3,1% Quba-Xaçmaz, 3,9% Şəki-Zaqatala, 2,5% Lənkəran, 2,3% Dağlıq Şirvan, 1,3% Yuxarı Qarabağ, 0,5% ölkə xarici, 0,08% isə Naxçıvan üzrə qeydə alınıb.

Bakı şəhərində yoluxanlar şəxslərin 14,6%-i Binəqədi, 13,5%-i Xətai, 12,1%-i Yasamal,11,3%-i Sabunçu rayonlarında qeydə alınıb.

Yoxulanların yaş qruplarına görə bölgüsünə əsasən, 22% 30-39, 18% 50-59, 15% 20-29, 40-49, 60-69, 6% 10-19, 4% 70-79, 3% 0-3, 2% isə 80+ yaş qruplarından olan şəxslərdə qeydə alınıb.

Ümumilikdə yoluxanların 53%-ni qadınlar, 47%-ni isə kişilər təşkil edir.