Vətəndaşlara vaksin seçimi verilib – Açıqlama

260

Azərbaycan çox az ölkələr sırasındadır ki, vətəndaşlara vaksin seçimi verilib.

Sosialmedia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, ölkədə kifayət qədər vaksin ehtiyatı var:

“Ölkəyə bu il üçün yeni vaksinlərin gətirilməsi nəzərdə tutulmur. Lakin növbəti il üçün yeni vaksinlərin alınması üçün danışıqlar aparılır”.