Ramin Bayramlı: “Aparata qoşulan xəstələrin 97 faizi vaksin olunmayanlardır”

263

“Vəziyyəti ağırlaşıb süni nəfəs aparatına qoşulan xəstələrin 97 faizi vaksin olunmayanlardır”.

SosialMedia.az bildirir ki, bu məlumatı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı özünün Twitter hesabında paylaşıb.

Paylaşımda bunlar bildirilir:

“Sağlamlığımızı virusun təhdidləri qarşısında aciz buraxmayaq. Nəticələrin müsbətə doğru dəyişməsi üçün birlikdə mübarizə aparaq”.