Üç uşaq idmançımız Avropa çempionatında iştirak edəcək

232

Estoniyanın paytaxtı Tallində uşaqlar (kiçik yeniyetmələr) arasında Avropa çempionatında üç idmançımız iştirak edəcək.

Sosialmedia.az xəbər verir ki, onlardan Sabir Məmmədli (-27 kq) və Çoşqun Məmmədzadə (-30 kq) “Ümid” taekvondo klubunu, Çingiz Həsənov (-36 kq) isə “Əli-Mehdi” klubunu təmsil edəcək.

Hər üç idmançı baş məşqçi İlkin Şahbazovun rəhbərliyi ilə yarışa qatılıb.

Qeyd edək ki, yarış 25-27 avqust tarixlərində keçiriləcək. Ümumilikdə isə 21 yaşadək, yeniyetmə və uşaqların Avropa çempionatı və Tallin Open turniri 24-29 avqust tarixlərini əhatə edəcək.