İzzət Ağayev din adı altında Azərbaycana qarşı fəaliyyət göstərir

4530

Xaricdə yaşayan bəzi azərbaycanlıların Azərbaycana qarşı fəaliyyətini təəssüf ki, tez-tez görürük. Almaniya, Hollandiya, Fransa kimi ölkələrə mühacirət edən bəzi azərbaycanlıların sonrada ölkə əleyhinə fəaliyyət göstərməsi, ictimaiyyət tərəfindən də birmənalı şəkildə qınanılır. Bu cür fəaliyyətləri gizli şəkildə yürütməyə çalışanlar da var ki, onlar da zaman keçdikdə “tanınmağa” başlayıb.

Rusiyada yaşayan Ağayev İzzət Qulam oğlu da Azərbaycan əleyhinə fəaliyyət göstərənlərdəndir. Amma o adət etdiyimizdən fərqli olaraq bunun üçün din adından istifadə etməyə çalışır. Kemerova vilayətinin Mıski şəhərində yaşayan İzzət Ağayev Rusiya vətəndaşı olsa da, birbaşa olaraq Azərbaycan hökumətinin əleyhinə fəaliyyət göstərir.

İlk baxışdan fərqli görüntü yaratmağa çalışsa da, birbaşa fəaliyyəti İran təhsilli din adamlarını bir araya yığaraq “camaat” yaratmaqdır. İlkin olaraq ətrafında yığdığı gəncləri özünün yaratdığı “Dostluq” təşkilatında birləşdirir.

Qeyd edək ki, bu təşkilatın adı altında ofisləri fəaliyyət göstərir. Məhz bu təşkilatın ofisdə görüşlər keçirilir, ətrafına yeni gənclər yığır.

Bundan başqa Kemerova vilayətinin Mıski şəhərində şiə Məscidi açmaq istəyir. İzzət Ağayevin Quran kursu da fəaliyyət göstərir. İlk baxışdan bu təşəbbüslər kifayət qədər normal görünsə də, İzzət Ağayevin fəaliyyəti birbaşa Azərbaycan hökumətinin əleyhinə yönəlib ki, bu da Kemerova gedən azərbaycanlıların sonrada ölkəyə İran təhsilli “din xadimi” kimi dönməsi ciddi təhlükə vədd edir.

İzzət Ağayev planını qurduğu Məscidə imam təyin etmək üçün artıq İranda iki “ayətullah” gətirib. Ətrafına isə daha çox Cənub bölgəsindən olan gəncləri yığır və onların dini inanclarından istifadə etməyə çalışır.
İzzət Ağayev Qurban bayramlarında mərasimlər təşkil edir, orada yığışanlarla söhbətində Azərbaycanda dini azadlıqların olmadığını deyərək bunu tələb etməyi təklif edir. Keçirdiyi tədbirlərdə deyir ki, Azərbaycan hökuməti İranda oxuyub gələnləri rəsmi qurumlara, Qafqaz Müsəlamanlar İdarəsinə, Məscidlərə təyin etmir, onları sıxışdırır. Bəyan edir ki, Azərbaycanda bu cür vəzifələrdə İranda oxuyub gələnlər oturmalıdır.

Məlumdur ki, Azərbaycan dini azadlıqların tanındığı az saylı ölkələrdən biridir. Azərbaycanda olan tolerantlıq dünyaya nümunə kimi göstərilir. Bu günə qədər dini, milli, etnik məsələlərlə bağlı Azərbaycanda heç bir problem yaşanmayıb. Hətta Avropa ölkələrində tolerantlıq, multikulturalizm istiqamətində keçirilən tədbirlərdə Azərbaycan dünyaya nümunə olaraq göstərilib.

İzzət Ağayev isə Azərbaycanda dini azadlıqlar yoxdur deyərək qərəzli və məqsədli şəkildə hansısa planı həyata keçirmək niyyətindədir.
Üzərinə “dini don” geyinən İzzət Ağayevin Rusiyada olan diaspor təşkilatlarında heç bir hörməti yoxdur. Bir çox diaspor təşkilatı onu yaxınına buraxmır. Bunun səbəbi isə İzzət Ağayevin bir çox azərbaycanlılara qarşı dələduzluq yolu ilə pul alması olub. Aldığı pulları isə geri qaytarmayıb və buna görə də bir çox etirazlarla qarşılaşıb. Amma etirazların, şikayətlərin heç bir effekti olmayıb, İzzət Ağayevin “atdığı” pulları geri qaytarmayıb.

Belə bir fəaliyyəti olan şəxsin indi din adı ilə fəaliyyət göstərməsinin altında heç də xoş məramın yatmadığını açıq şəkildə göstərir.