Uşaqları sevsə idi anaları ilə birgə onları da zorakılığa məruz qoymazdı- Zenfira Mustafayeva

306

Təşkilatımızın bir qadın benifisiarı var. Əri tərəfindən müntəzəm məişət zorakılığına məruz qaldığı üçün ərindən boşandı və kirayə tutduğu evdə yaşayır. Artıq boşanma olub.Hal-hazırda uşaqlarla ünsiniyyət və aliment məsələləri ilə bağlı məhkəmə prosesləri gedir.

Sosialmedia az xəbər verir ki,bu sözləri Qadın Təşəbbüssü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin Sədri Zenfira Mustafayeva deyib.

O, qeyd edir ki, keçmiş əri 4 uşaqdan 3 körpəni zorən ondan alıb özündə saxlayıb.Bunu uşaqları sevdiyi üçün yox, gələcəkdə uşaqlara görə aliment ödəməkdən yayınmaq üçün edib. Uşaqları sevsə idi anaları ilə birgə onları da zorakılığa məruz qoymazdı. Qadınla 17 yaşlı övladı qalır.

Aydındır ki, özünü və uşaqlarını saxlamaq üçün işləyir. Keçmiş ər qadını uşaqları geri almaqdan və aliment tələb etməkdən çəkindirmək üçün qadın işə gedərkən müntəzəm olaraq küçədə onun qarşısını kəsir və qəddarcasına döyür. Ərin bu hərəkətlərinin qarşısını almaq üçün bizim yardımımız ilə şəhər icra hakimiyyəti qadın üçün qısamüddətli mühafizə orderi verdi.

Bu hal kişinin zorakılığını azaltsa da tam dayandırmadı. Bu ayın 3-də keçmiş ər bacısı ilə birgə küçədə yenə də qadını qəddarcasına döydü. Qadın al qanın içində bizim ofisə gəldi. Biz polis və icra hakimiyyəti ilə əlaqə saxladıq və bu faktla bağlı araşdırma başladı, qadın tibbi ekspertizadan keçirildi. Təəssüf ki, bu günə qədər araşdırmanın heç bir nəticəsi yoxdur. Polislərin arqumentləri budur ki, mühafizə orderinin müddəti bitmişdir, uşaqların hansı valideyn yanında qalacaqları barədə məhkəmə qərarı da yoxdur.

Biz qadının adından uzunmüddətli mühafizə orderi üçün 5 avqust tarixində Sumqayıt şəhər məhkəməsinə ərizə təqdim etdik. Həmin gündən qadın müntəzəm olaraq məhkəməyə gedir və ərizəsinin aqibətini öyrənməyə çalışırdı. Onun bütün səyləri nəticəsiz qalmışdır. Mən təşkilat rəhbəri kimi rəsmən məhkəməyə müraciət edə bilmirdim, çünki məlum olduğu kimi qanunvericilikdə digərlərinin hüquqlarının müdafiəsi üçün QHT-ə məhkəməyə birbaşa müraciət imkanı demək olar kı, yoxdur.Dünən vəkilimizin tövsiyyəsi ilə qadın yenə məhkəməyə getdi və nahayət ərizəsinin hansı hakimdə olduğunu müəyyən edə bildi.Bizim məsləhətimiz ilə qadın həmin hakimin köməkçisi ilə görüşdü, lakin ərizəsinin aqibəti barədə dəqiq cavab ala bilmədi.

Mən bu xaosa dözə bilmədim,qadından həmin köməkçinin nömrəsini alaraq onunla danışdım. Köməkçi mənə də dəqiq bir məlumat verə bilmədi. Mən əsəbləşərək köməkçiyə Ədliyyə Nazirliyinə, digər qurumlara şikayət edəcəyimi bildirdim. Bizim tövsiyyəmiz ilə qadın bu gün də məhkəməyə getdi. Burada ona bildirdilər ki, sən demə hələ avqustun 10-da hakim qərardad qəbul edib ki, ərizə geri qaytarılsın, çünki ərizəyə …. dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməyib.

Bu fakt barədə geniş yazmağımın səbəbi odur ki, artıq məlumdur ki, məhz məişət zorakılığının qurbanlarının vaxtında müdafiə olunmaması bəzi hallarda onların qətli ilə nəticələnilir. Qurbanların səmərəli müdafiə edilməməsinin səbəblərindən biri də qanunvericilikdə və məhkəmə praktikasında olan boşluqlar və ziddiyyətlərdir. İndiyyə qədər Sumqayıt şəhər məhkəməsi mühafizə orderinin verilməsi barədə bizim səyimiz ilə hazırlanmış bir neçə müraciətl təmin etmişdir və heç vaxt dövlət rüsumunun ödənilməsini tələb etməmişdir. Qanunvericilikdəki ziddiyyət ondan ibarətdir ki, qanunda rüsum ödənilməli olan hərəkətlər sırasında mühafizə orderi üçün müraciət yoxdur. Lakin bu müraciət rüsumdan azad olunmuş müraciətlər sırasında da yoxdur.

Məişət zorakılığına qarşı qanunda qurbana pulsuz hüquqi yardımın göstərilməsi nəzərdə tutusa da, onların dövlət rüsumundan azad olmaları barədə birbaşa norma yoxdur. İndi belə alınır ki, qurban öz həyat və sağlamlığının müdafiəsi üçün əvvəlcədən dövlət rüsumu ödəməlidir? Əlbətdə bu absurd yanaşmadır. Lakin göründüyü kimi qurbanların aqibəti məsuliyyətsiz insanların əllərinə düşdükdə faciələr yaşanır.

İndi vəkilimiz dilemma qarşısında qalıb. Əgər qərardaddan şikayət verilsə onun baxılması aylarla vaxt apara bilər. Ərizəyə tez baxılması üçün hakimin tələbini yerinə yetirərək dövlət rüsumunu ödəmək və yenidən birinci insatansiya məhkəməsinə müraciət etmək bundan sonra bütün belə ərizələr üçün ödənişlərin olunması ilə nəticələnəcəkdir.Nə etmək barədə fikirləşirik.