Fransada məcburi koronavirus peyvəndlərinə qarşı aksiyada 13 polis əməkdaşı xəsarət alıb

262

Bu gün Fransanın bir sıra şəhərlərində sanitar pasportlara və məcburi koronavirus peyvəndlərinə qarşı etiraz nümayişləri keçirilib.

SosialMedia.az RİA Novosti-yə istinadən xəbər verir ki, Marseldə təxminən 3 min nəfərin qatıldığı aksiyada polislə nümayişçilər arasında qarşıdurma olub.

13 polis əməkdaşının xəsarət aldığı, 3 etirazçının saxlanıldığı bildirilir.

Paris də daxil olmaqla, digər şəhərlər də isə nümayişlər dinc şəkildə keçirilib.