Tokio-2020: İlham Zəkiyev Paralimpiadada 4-cü medalını qazanıb

2197

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarda daha bir medal qazanıb.

SosialMedia.az saytının məlumatına görə, paracüdo üzrə yığmamızın lideri İlham Zəkiyev Paralimpiadada 3-cü yeri tutub.

Buna həmyerlimizin rəqibi olan Şirin Şaripovun (Özbəkistan) bürünc medal uğrunda görüşə çıxmayacağı səbəb olub. Nəticədə Azərbaycan yığması Tokioda 11-ci medalını qazanıb. Komandamızın hesabında 8 qızıl, 3 bürünc mükafat var.

Bu, Zəkiyevin karyerasında 4-cü Paralimpiada medalı olub. Millimizin lideri Afina-2004 və Pekin-2008-də qızıl, London-2012 və Tokio-2020-də bürünc mükafat qazanıb.