Daha bir vəzifəli şəxs koronaya yoluxdu

213

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev koronavirusa yoluxub.

Sosialmedia.az Report-a istinadən xəbər verir ki, bu gün hakimin koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Nəticədə S.Əliyevin icraatında olan məhkəmə işləri təxirə salınıb.

Bundan başqa, Samir Hüseynovla eyni tərkibdə olan hakimlər Eldar İsmayılov və Cavid Hüseynovun da icraatında olan cinayət işləri təxirə salınıb.