Nazir sabiq şöbə müdirini rəis təyin etdi

208

Vüqar Əziz oğlu Tağıyev Qarayazı Dövlət Təbiət Qoruğuna rəis təyin edilib.

Sosialmedia.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Vüqar Tağıyev bundan əvvəl Ağstafa Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub.