Polad Həşimovun qızı universitetə qəbul oldu

189

Milli Qəhrəman, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova Azərbaycan Tibb Universitetinə qəbul olub.

Sosialmedia.az xəbər verir ki, bu haqda Qaynarinfo-ya Polad Həşimovun qaynı Babək məlumat verib.

Aybəniz Həşimova universitetin “Müalicə işi” ixtisasına daxil olub.

Xatırladaq ki, Polad Həşimovötən ilin iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə olarkən şəhid olub. Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncama əsasən P. Həşimova ölümündən sonra “Milli Qəhrəman” adı verilib.