Məhdud qapanmalar ola bilər – Nazir

182

Distant və ya hibrid təhsil forması nazirliyin seçimi, istəyi olmur. Ölkədə pandemiya hələ də davam edir. Vaksinasiya faizləri artdıqca vəziyyət yaxşıya doğru dəyişməlidir.

Sosialmedia.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə deyib.

“Hansısa məktəblərdə və ya ali təhsil müəssisələrində yoluxma sayı arta bilər və bu, qaçılmazdır. Mövcud epidemioloji vəziyyət nəzərə alınaraq məhdud qapanmalara getməyə məcbur ola bilərik”, – nazir bildirib.