Daha bir erməni hərbçisi öldü

75

Ermənistan ordusunun hərbçisi ölüb.

Sosialmedia.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“Sentyabrın 13-ü saat 22:00-da cənub-şərq istiqamətində yerləşən döyüş mövqeyində döyüş xidmətinin təşkili qaydalarının pozulması nəticəsində ehtiyatda olan serjant Mkrtç Ovakimyan (1978) ölüb”, – məlumatda qeyd olunub.

Faktla bağlı araşdırma aparılır.