Rus sülhməramlılar kompleks məşqlər keçirdi

180

Qarabağda rusiyalı sülhməramlılar planlı döyüş hazırlığı məşğələləri çərçivəsində 27 müşahidə postunda mümkün pozulmaların qarşısının alınması və təhlükəsizliyin təmini üçün kompleks məşqlər keçiriblər.

Sosialmedia.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Məşq zamanı şəxsi heyət provokativ fəaliyyətlərin və müşahidə postlarına hücumların qarşısının alınması üzərində çalışıb.

Məşqlərdə xüsusi təyinatlı tibbi dəstənin hərbi həkimləri ilkin tibbi yardımın göstərilməsi və evakuasiya üzrə normativləri icra ediblər.