Səyyad Əlizadə Mərkəzi Gömrük hospitalına köçürüldü

255

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb.

Sosialmedia.az xəbər verir ki, bu barədə APA-ya sənətçinin qohumu Razim Qasımov məlumat verib.

Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır.