Laçın dəhlizindən gündə bu qədər maşın keçir – Rusiya MN

197

Rusiya sülhməramlı kontingenti Laçın dəhlizindən 2020-ci ilin noyabr ayından bu günə kimi 65 min maşının “təhlükəsiz şəkildə” keçidini təmin edib.

Sosialmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu müddətdə Laçın dəhlizindən istifadə edən insanların sayı isə 230 min nəfər olub.

Dəhlizdən müxtəlif tikinti və digər məhsullar sərbəst şəkildə daşınıb.

“Bütün şübhəli maşınlara baxış keçirilir. Gün ərzində Laçın dəhlizindəki postdan 200 avtomobil keçir”, – məlumatda qeyd edilib.