Vətən müharibəsinin başlamasından 1 il ötür

122

Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 1 il ötür.

Sosialmedia.az xəbər verir ki, Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycanda işğal altındakı torpaqların azad edilməsi məqsədilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlanılıb.

Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saatlarında Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başlayıb. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan edilib.

Tezliklə bir sıra ərazilərimiz işğaldan azad olunub. 44 günlük Vətən Müharibəsi sonda Ermənistanın kapitulyasiyası ilə nəticələnib. Dağlıq Qarabağdakı ən böyük ikinci şəhər olan Şuşanın azad edilməsindən sonra İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il, saat 00:00-dan etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı imzalanıb.

Azərbaycanın 44 günlük müharibədən sonra 30 ilə yaxın işğal altında olan torpaqları azad olunub.