Millət vəkili seçicilərlə görüşdü

160

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın Tovuz rayonunda seçicilərlə görüşü davam edir.

Sosialmedia.az xəbər verir ki, Tovuz şəhərində seçiciləri ilə görüşən millət vəkili onları narahat edən məsələlərlə maraqlanıb, problemlərin həlli üçün əlaqədar dövlət orqanları rəhbərləri ilə müzakirələr aparıb.

Q.Paşayeva bildirib ki, ali dövlət rəhbərliyinin vətəndaşlara qayğısı hər bir millət vəkili, məmur üçün örnəkdir.

Sonda Q.Paşayeva görüş iştirakçılarına xatirə hədiyyələri təqdim edib.