Əməkdar artist Niftulla Əsgərov əməliyyat olunacaq

293

Əməkdar artist Niftulla Əsgərov əməliyyat olunacaq.

Sosialmedia.az xəbər verir ki, aktyor xərçəngdən əziyyət çəkir. Bu haqda aktyor Müşviq Şahverdiyem məlumat verib. O bildirib ki, N.Əsgərov mədəsindən əməliyyat olunacaq.

“Niftulla Əsgərov onkoloji xəstəlikdən əziyyət çəkir. İki gün sonra əməliyyata girəcək” deyə, Müşviq bildirib.

Qeyd edək ki, N.Əsgərov bir müddət əvvəl ürəyindən əməliyyat olunduğunu demişdi. O bildirib ki, ürəyinə stend qoyulub.

Xatırladaq ki, aktyor “Qərib cinlər diyarında”, “Bığ əhvalatı”, “My name is İntiqam”, “Bayram axşamı” kimi filmlərdə rol alıb.