Sumqayıtda yaşayış binasında yanğın: Sakinlər təxliyə edilib

154

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

Sosialmedia.az bildirir ki, Bu barədə Fövqəladə Hallar Nazirliyi (məlumat yayıb..

Bildirilib ki, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan mənzilin yanar konstruksiyaları 16 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan lambirindən ibarət tavan 7 kvadratmetr sahədə və 1 ədəd plastik qapı əriyib. Yanğın zamanı tüstülənən mənzillərdən 15 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.