Abşeron rayonunda döyülmə hadisəsi baş verib

204

Abşeron rayonunda döyülmə hadisəsi baş verib.

Sosialmedia.az Report-a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Zeynalov Elvin tanımadığı şəxs tərəfindən döyülüb.

O, təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona yuxarı və aşağı yumşaq toxumaların əzilməsi diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.