Şəhidimizi tanıyaq və tanıtdıraq

208

Məmmədov Nahid Vahid oğlu 1996-cı il 11 iyun tarixində Bakı şəhərində anadan olub. Orta təhsilini Binə qəsəbəsi 136 saylı məktəbdə almışdı. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinə daxil olub. Daha sonra isə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini Ağdam rayonunun sərhəd kəndlərinin birində keçmişdir. Hərbi xidmətdən sonra özəl şirkətlərdə işə başlamışdı. Son olaraq “Adore Company” MMC-də çalışmışdır.
Tovuz döyüşlərindən sonra ailəsindən xəbərsiz Milli Orduya qoşularaq 29.09.2020 tarixində könüllü olaraq döyüşə yollanmışdı. Getdikdən 2 gün sonra ön cəbhədə Suqovuşan uğrunda mübarizəyə qoşularaq torpağın alınması üçün qəhrəmanlıq göstərmişdi. Bundan sonra Şəhid Məmmədov Nahid öz komandir və silahdaşları ilə irəliləyərək torpaqların alınmasında və düşmənin çoxlu sayda qüvvəsinin məhv edilməsində iştirak etmişdi. 14 oktyabr 2020-ci il tarixində Suqovuşan yaxınlığında- Ağdərə istiqamətində minamyot qəlpəsi ilə ürəyindən aldığı yara nəticəsində Şəhid oldu. 16 oktyabr 2020-ci il tarixində Binə qəsəbəsi Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Bütün tanışlarının sevimlisi olan Nahid ürəkli, qorxmaz, gülərüz, zarafatcıl biri idi. Döyüş zamanı da daima özünün və dostlarının ruh yüksəkliyini qoruyaraq üzündə gülüş ifadəsi ilə Şəhidlik zirvəsinə ucalmışdı.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Şəhid Məmmədov Nahid Vahid oğlu ölümündən sonra“Vətən uğrunda”,
“Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi ictimai birliyin Binə qəsəbəsi üzrə nümayəndəsi Məmmədova Günel

Azərbaycan Respublikası Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi ictimai birliyin Binə qəsəbəsi üzrə nümayəndəsi Məmmədova Günel