Nazirdən Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım

134

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müstəqilliyin bərpasının 30 illiyi ilə bağlı paylaşım edib.

Sosialmedia.az xəbər verir ki, XİN başçısı bu barədə Tvitter hesabında yazıb.

“30 il bundan öncə, 18 oktyabr tarixində Azərbaycan öz müstəqilliyini bərpa etdi. Bu il 44 günlük Zəfər salnaməsinin ildönümü ilə üst-üstə düşən Müstəqilliyin Bərpası Günü münasibətilə bütün həmvətənləri ürəkdən təbrik edirəm. Yaşasın müstəqil Azərbaycan!” – nazir bildirib.