Vərəm Əleyhinə QHT Koalisiyasına 2 İctimai Birlik üzv qəbul edilib

2028

Bu gün Vərəm Əleyhinə QHT Koalisiyasının İdarə heyətinin iclası keçirilib.

Sosialmedia.az xəbər verir ki, İclası giriş sözü ilə açan Koalisiyanın sədri Elçin Muxtarlı Koalisiyanın uğurlu fəaliyyətini qeyd etməklə yanaşı fəaliyyətlərin genişlənməsinə də ehtiyac olduğunu diqqətə çatdırıb.

O, bu istiqamətdə Koalisiya yeni üzv təşkilatların “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin və “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” Ictimai Birliyini qəbul olunmasın təklif edib.

Təşkilat sədrləri Səbinə Kərimova və Cəmilə Abdulova fəaliyyətləri haqqında təqdimatla çıxış edib və koalisiya üzvlərinin suallarına cavab veriblər.

Daha sonra idarə Heyətinin üzvləri Çingiz Ramazanlı, Ziba Nəbiyeva, Sona Hacıyeva, Zəminə Səfərova, Pərvanə Vəliyeva, Amal Allahverdiyev və Cəsarət Hüseynzadə mövzu ətrafında çıxış ediblər.

İdarə heyətinin qərarı ilə hər 2 təşkilat Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının üzvlüyünə qəbul olunub.

Qeyd edək ki, Hər bir Koalisiya üzvü vərəmlə xəstələnmə riski yüksək olan, müxtəlif həssas qrupların mənafeyindən çıxış edir, onlar maraqlarını müdafiə edir və onların rifahı üçün çalışır. Bu qruplara keçmiş məhkumlar, məhkumlar, vərəm xəstələri və onların ailə üzvləri, İİV-lə yaşayan şəxslər, Hepatit B və C virusuna yoluxmuş vərəmli şəxslər, miqrantlar, qaçqın və məcburi köçkünlər, əlilliyi olan şəxslər və onların ailə üzvləri, eşitmə və nitq məhdudiyyətli şəxslər və s. daxildir

Hazırda Koalisiyada 9 təşkilat təmsil olunur:
“Sağlamlığa Xidmət” İB – Elçin Muxtarlı
Azərbaycan Qızıl Aypara Cəmiyyəti – Sona Haciyeva
Ftiziator və Pulmonoloqlar İB
“Vərəmsiz Gələcəyə Doğru” İB – Çingiz Ramazanlı
“İnkişafa Doğru Qadın Təşəbbüsü” İB – Ziba Nəbiyeva
“İnformasiya Təşəbbüslərinə Dəstək” İB – Cəsarət Hüseynzadə
Amal Allahverdiyev – İcma
Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” IB- Cəmilə Abdulova
Əlilliyi OLan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək IB – Səbinə Kərimova
Koalisiyanın sədri Elçin Muxtarlı, katibi isə Parvana Valiyevadır.