Fərid Səfərov Ukraynada nazir müavini təyin olundu

231

Ukraynada azərbaycanlı energetika nazirinin müavini təyin olunub.

Sosialmedia.az xəbər verir ki, bu posta Fərid Kamil oğlu Səfərov gətirilib.

O, bu təyinatadək Ukrayna İnfrastruktur Nazirliyində departament direktoru işləyib.

Qeyd edək ki, F.Səfərov əslən Azərbaycanın Gəncə şəhərindəndir. O, 1991-ci il sentyabrın 20-də Kiyevdə anadan olub. 2014-cü ildə Taras Şevçenko adına Kiyev Milli Universitetində “beynəlxalq hüquq” ixtisası üzrə magistratura təhsili alıb. 2015-ci ildə Vadim Hetman adına Kiyev Milli İqtisad Universitetində “beynəlxalq biznes” ixtisasına yiyələnib.