Azərbaycan UNESKO-nun daha bir komitəsinə üzv seçildi

290

Noyabrın 30-u və dekabrın 1-də UNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 9-cu iclası keçirilib.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

İclas çərçivəsində UNESKO-nun Silahlı münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə seçkilər keçirilib. Komitə üzvlüyünə Azərbaycanın da namizədliyi irəli sürülüb və səsvermədə iştirak edən dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan növbəti 4 il müddətinə Komitəyə üzv seçilib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Azərbaycan 2021-2025-ci illər üzrə UNESKO-nun İcraiyyə Şurasına da üzv seçilib.

“Hər iki seçkilərdə əldə edilmiş yüksək səs sayına əsaslanan qələbələr Azərbaycanın UNESKO dəyərlərinə sadiqliyinin beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilməsinin göstəricisidir”, – nazirlikdən bildirilib.