Gənclər təşkilatı Lerik rayonunda tədbir keçirdi

179

Sosialmedia.az xəbər verir ki, “ Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 07 noyabr 2021- ci il tarixində Gənclər Fondunun dəstəyi ilə Lerik rayonunda “ Narkomaniya insanlığın faciəsidir” adlı layihəsini həyata keçirmişdir.

H. Əliyev mərkəzində keçirilən tədbirdə mərkəzin drektoru Hüsaməddin Abbasov, Ailə sağlamlıq mərkəzinin həkimi Etibar Həşimov, rayon Gənclər və idman idarəsinin rəisi Natiq İsaqov, Gənclər idarəsini əməkdaşı Orxan Abbaszadə, rayon Rolis Şöbəsinin əməkdaşı kapitan Tural Nərimanzadə, Təşkilatın nümayəndəsi Tələt Qəribov öz çıxışlarında narkomaniyanın bəşəri bir bəla olduğunu, dünyanı təhdiq etdiyini, narkomaniyaya bağlı cinaytətlərin sayının artmasını xüsusilə vurğuladılar.

Tədbirdə iştirak edən rayon gənclərinin bu sahədəki fikirləri və təklifləri dinlənildi.