Qarayevin əlindən qaçan çempion təzə nazirlə görüşdü

228

Gənclər və idman naziri Fərid Qayıbov federasiyanın yığma komandasının üzvü, budo döyüş növləri üzrə dünya və Avropa çempionu Elgün Xanoğlanlını qəbul edib.

Sosialmedia.az xəbər verir ki, görüşdə yeni təyin olunan nazir müavini Mariana Vasileva da iştirak edib.

Görüşdə nazir hazırda Amerikada yaşayan Elgünə gələcək karyerasında əlindən gələn bütün köməkliyi göstərəcəyini bildirib.

Qeyd edək ki, Elgün Xanoğlanlı Əbülfəs Qarayevin nazir olduğu dönəmlərdə ölkədə idmana olan ögey münasibət səbəbindən Nyu Yorka köçərək, Azərbaycanı orada təmsil edəcəyini bildirmişdi.

Xatırladaq ki, E.Xanoğlanlı 1 həftə öncə Tunisdə keçirilən dünya çempionatında qələbə qazanaraq, dünya çempionu kəmərinə sahib olub.