Makronun görüşdən dərhal sonra yazdığı bu status…

164

Makron bu görüşlə özünün ermənilərə nə qədər yaxın olduğunu bir daha nümayiş etdirmək istədi.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli qeyri-formal görüşü şərh edərkən deyib.

O qeyd edib ki, Makronun bu görüşdə əsas məqsədlərindən biri Fransanın da regionda maraqlarının və təsirinin olduğunu göstərmək idi:

“Region daha çox Rusiyanın nüfuz dairəsində görünsə də, Fransanın da burda maraqları var. Fransa 26 illik sülh danışıqlarında heç nəyə lazım olmayan və hazırda prosesdən kənarda qalan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi yeni geosiyasi reallıqda rol almaq istəyir”.

T.Rzayevin fikrincə, Makron bu təşəbbüslə həm də Fransadakı erməni lobbisini razı salmağa çalışdı:

“Bilirsiniz ki, bu yaxınlarda Fransada prezident seçkiləri olacaq və Makron bu seçkilərdə erməni lobbisinin, erməni biznesmenlərinin dəstəyini almaq üçün bu addımı atdı. Onun bu görüşdən dərhal sonra sosial şəbəkədə “Erməniləri heç vaxt tək qoymayacağıq” statusu da buna hesablanıb. Xatırladım ki, hazırda seçkilərə hazırlaşan digər fransız namizədlər də bir-bir Ermənistana səfər edirlər. Makron da erməni lobbisinin dəstəyini təmin etməyə çalışır”.

Turab Rzayev görüşdən öncə Makronun Rusiya lideri Putinlə danışmasına da diqqət çəkib:

“Bu, sanki Makronun görüş təşəbbüsü ilə çıxış etmək üçün Putindən icazə alması idi. Fransa Avropa İttifaqı daxilində Rusiyaya ən yaxın ölkələrdən biridir və düşünürəm ki, onlar Qarabağ və Ukrayna siyasətini bir-biri ilə koordinasiya edirlər”.