Nazir dərsliklərlə bağlı yaranmış problemlərdən danışdı

141

Dərslik Azərbaycan cəmiyyətində ən çox müzakirə olunan mövzudur. Mənə görə dərsliyin daha çox zahiri tərəfi müzakirə olunur, nəinki onun təhsilin mahiyyəti üzrə müzakirəsi çox azdır.

Spsialmedia.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

O qeyd edib ki, dərslikdə hansısa səhifədə hər hansı gülməli şəkil tapıb sosial şəbəkədə müzakirə etməyi yaxşı bacarırıq:

“Lakin riyaziyyatdan ibtidai sinifdə uşaqlara rəqəmləri və ədədləri nə zaman öyrətməliyik? Ancaq müzakirələr zamanı bununla bağlı fikir mübadiləsi aparılmasının şahidi olmamışam. Halbuki özü-özlüyündə ciddi metodiki sualdır”.

Nazirin sözlərinə görə, bir çox hallarda haqlı müzakirələr də ola bilər:

“300-dən artıq dərslik var və on minlərlə səhifədə hərf səhfinin olması qaçılmazdır. Bundan sonra da hərf səhvləri olacaq. Lakin bu əsas problem deyil. Əsas problem bu və ya digər fənnin tədrisi ilə bağlı tədqiqatların həmin dərsliklərdə öz əksini tapması ilə bağlıdır. Ona görə də ehtiyat dərslikləru bu istiqamətdə uğurlu hesab edirəm. Dərsliklər yazılanda çox tərəfli mütəxəssislər prosesə cəlb olunub və fərqli dərsliklər yaradılıb. Lakin bu islahatlar yarımçıqdır”.

E.Əmrullayev əlavə edib ki, dərslikdə hər şey qeyd olunsa da, bəzən Azərbaycan müəllimi yenə də öz bildiyini, yaxud özünə rahat bildiyi mövzunu şagirdə keçir:

“Ona görə də dərsliklərdə nəyi nə qədər dəyişə bilmişik sualı vacibdir. Bu tip sualların müzakirəsinə ciddi ehtiyac var. Bu sahədə bütün resursları birləşdirib yaxşı və keyfiyyətli dərslik ortaya qoya bilərik. Bu asan məsələ deyil. Azərbaycan sinfində dərs vaxtı həmin dərslikdə olan məzmunun necə keçilməsi da maraqlı mövzudur. Sinif otağında müəllimin davranışı, münasibəti əsas amildir. Qayda və təlimatlara uyğun tədrisin təşkili vacibdir, bu sahədə hələ görüləsi çox iş var”.