Etiraz edirlər ki, hansısa məktəbdə vakansiya gizlədilir – Nazir

184

Bəzi hallarda etiraz edirlər ki, hansısa rayon məktəblərində vakansiyalar gizlədilir. Yaxşı olar ki, bizə birbaşa olaraq hansı məktəbdə vakansiyanın gizlədilməsi barədə məlumat verilsin.

Sosialmedia.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bu kimi problemlərin həll edilməsi üçün regional təhsil idarələri vacib rol oynayır:

“Bu gün müəllimlərin işə qəbulu vahid sistem əsasında həyata keçirilir. Amma regional idarələr özünü doğruldarsa, onların səlahiyyətləri də artacaq. Doğrudur, o idarələr hələ ki, yaradılmayıb”.

Nazir bildirib ki, Qarabağ regionunda təhsil idarələrinin yaradılması Azərbaycanın şanlı zəfərinin simvoludur.