Gəncədə bu məktəbdə işıq söndü, dərslər təxirə salındı

147

Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəbində dərslər təxirə salınıb.

Sosialmedia.az xəbər verir ki, dərslərin təxirə salınmasına səbəb məktəbdə elektrik enerjisi kəsilməsidir.

Gəncə şəhər Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev bildirib ki, məktəbə gələn elektrik xətində nasazlıq yaranıb, məktəbin alternativ elektrik xətti olmadığı üçün direktor dərsləri bir günlük təxirə salınıb.

Hazırda məktəbdə elektrik enerjisinin bərpa olunması istiqamətində iş gedir