Zəngilanın Ağalı kəndində toy keçiriləcək? – Rəsmi

204

Daxili İşlər Nazirliyi (DİN) işğaldan azad edilən Zəngilan rayonunda toy mərasiminin keçirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Sosialmedia.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bəzi sosial şəbəkə hesablarında Zəngilan rayonunun Ağalı kəndində toy məclisinin keçiriləcəyinə dair yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.

“Hazırda həmin kənd ərazisində yenidənqurma və bərpa işləri davam etdirilir. Quruculuq işləri yekunlaşdıqdan sonra qısa zaman ərzində soydaşlarımızın öz doğma torpaqlarımızda məskunlaşdırılması planlaşdırılır”, – A.Qiyaslı deyib.