Beynəlxalq əlaqələr üzrə İşçi qrupu yaradılması

180

Mədəniyyət Nazirliyi yanında İştimai Şurasının Ekpertlərindən ibarət Beynəlxalq əlaqələr üzrə İşçi qrupu yaradılmışdır. Işçi qrupuna rəhbər mədəniyyət sahəsi üzrə tanınmış mütəxəssis Cahangir Səlimxanov seçilmişdir. Altı nəfərdən ibarət olan bu işçi qrupuna imzaları ilə tanınmış mədəniyyət sahəsində öz sözlərini demiş insanlardan formalaşdırıldı. Işçi qrupu 10 gün müddətində irəli sürülən təklifləri müzakirə edib Şuraya təqdim edəcəklər.

İki saat çəkən müzakirələrdə Azərbaycan mədəniyyətinin Beynəlxalq aləmdə təbliği və Beynəxalq mədəni təcrübələrin isə Azəbaycanda tətbiqi istiqamətində əsas müzakirə mövzusu olmuşdur. İctimai Şuranın sədri Gəray Əlibəyov yeni yaradılmış işçi qrupuna öz təşəkkürünü bildirmiş və görəcəyi işlərdə uğurlar arzulamışdır. Məlumat üçün qeyd edim ki, artıq İctimai Şuranın nəzdində dörd işçi qrupu formalaşdırılmışdır.