Bölgələrdə polislərə buster dozanın vurulmasına başlanıldı

193

Azərbaycanda bölgələrdə bir sıra polis şöbəsinin şəxsi heyətinə buster dozanın vurulmasına başlanılıb.

Sosialmedia.az xəbər verir ki, bu barədə Report-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, artıq polis əməkdaşlarına üçüncü doza vurulur.

Eyni zamanda Daxili Qoşunların bölgədəki hərbi hissələrində də DİN rəhbərliyinin müvafiq göstərişi ilə hərbçilərin peyvəndlənməsi həyata keçirilir.