Ölkəmizdə neçə adam 3-cü doza vaksin olunub?

236

Artıq bir ildir ki, ölkəmizdə COVİD-19 virusu əleyhinə vaksinasiya aparılmaqdadır.

Sosialmedia.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Onun sözlərinə görə, ölkəmizdə yerli vətəndaşlarla yanaşı, xarici vətəndaşlar da vaksinasiyada iştirak edirlər:

“Bu günədək 11 milyondan çox insan birinci doza, 4 milyon 777 nəfər ikinci doza, 1 milyon 255 nəfər isə üçüncü doza vaksin olunub. Ölkəmizdə ümumi vaksinasiya prosesi uğurla aparılmaqdadır. Vətəndaşlardan xahiş edirəm ki, qaydalara riayət etməyə davam etsinlər”.