Çörəklərin bugünkü qiyməti – Siyahı

200

Unun qiyməti bahalaşsa da, bir neçə gündür marketlərdə çörək köhnə qiymətə satılırdı. Lakin ötən gün bəzi çörəkbişirmə sexləri çörəklərin qiymətinin bugündən bahalaşacağını elan etmişdi.

Bəs, çörəklər bahalaşıbmı?

Sosialmedia.az bu gün səhər saatlarında iri marketlərdə satılan çörəyin qiymətlərini təqdim edir:

– 500 qramlıq və 50 qəpiyə satılan “Bakıxanov” və “Binə” zavod çörəyinin çəkisi hazırda 650 qram olub, çəkisi dəyişdiyi üçün qiyməti də 65 qəpiyə qalxıb.

Dilimlənmiş zavod şörəyinin qiyməti qalxmayıb – 55 qəpikdir.

Dilimlənmiş və kəpəkli “Baton” çörəklərinin də qiyməti qalxmayıb. Əvvəlki qiyməti ilə 70 qəpiyədir.

Dilimlənmiş qara “Borodino” və “N1” çörəyi də 75 qəpikdir, qiyməti dəyişməyib.

Marketlərdə qara təndir çörəyi 65 qəpik, ağ təndir çörəyi də 70 qəpikdə qalıb.

Təndirxanalarda isə təndir çörəyinin qiyməti 60-75 qəpik arasında dəyişir.