DSX Akademiyasına qəbul elan edildi

187

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasına qəbul elan edilib.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəbul “Sərhəd təhlükəsizliyi və idarəetmə” və “Dəniz naviqasiyası mühəndisliyi” ali təhsil ixtisasları üzrə aparılacaq.

Nami­zədlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulan ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər.

Qeyd edilib ki, akademiyaya qəbul olmaq istəyən kişi namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

– ərizə;

– anket (anketdə soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşa­dığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) və s. göstərilməlidir);

– tərcümeyi-hal;

– özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, h/yoldaşı, övladları, h/yoldaşının atası, anası, bacısı, qardaşı və s.) şəxsiyyət vəsiqələrinin surətləri;

– attestatın notariat orqanları tərəfindən təs­diq edilmiş surəti və ya attestat alınanadək namizədin orta məktəbin 11-ci sinfində oxuması haqqında arayış;

– orta-ixtisas təhsili haqqında sənədin notariat orqanları tərəfindən təs­diq edilmiş surəti;

– yaşayış yerindən arayış;

– doğum haqqında şəhadətnamənin surəti;

– valideynlərin nigah haqqında şəhadətnaməsinin surəti;

– 4 (dörd) ədəd rəngli fotoşəkil (baş geyimsiz, qırmızı fonda, 3×4 sm ölçüdə).

Məlumatda qeyd olunub ki, DSX-nin Akademiyasında təhsil almaq arzusunda olan Azər­baycan vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər:

Hərbi xidmətdə olmayanlar üçün –

– 2022-ci ildə 17 yaşı tamam olmalı və 20 yaşı tamam olmamalıdır.

Hərbi xidmətdə olanlar üçün –

– DSX Akademiyasına qəbul olunduğu tarixədək 23 yaşı tamam olmamalıdır.

“Müraciət edən şəxslər tam orta və ya orta-ixtisas təhsilinə malik, fiziki cəhətdən sağlam olmalıdırlar. Sənədlər Dövlət Sərhəd Xidmətinin Akademiyasına (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti – 2942A) və ya DSX-nin yaxın­lıqda yerləşən hərbi hissələrinin kadrlar bölmələ­rinə təqdim edilməlidir”, – DSX-dən bildirilib.