Şirvanda maşın piyadaları vurdu: 1 ölü, 2 yaralı

186

Şirvanda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.

Sosialmedia.az Report-a istinadən xəbər verir ki, hadisə Şirvan-Salyan avtomobil yolunun şəhərin Çılpaqlı qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik avtomobili 3 piyadanı vurub. Hadisə nəticəsində piyadalardan biri ölüb, ikisi xəsarət alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırııb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.